Güləşçimiz 4 illik diskvalifikasiya olunub - səbəbi də açıqlanıb

Azərbaycanın güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifkasiya olunub.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.

Cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib. 125 kq çəki dərəcəsində çıxış edən pəhləvanın nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.

Onu da bildirək ki, 2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də bitəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC