Cüdo məşqçimiz Yaponiyada beynəlxalq seminarda iştirak edir

Azərbaycanlı cüdo məşqçisi Asiman Allahverdiyev Yaponiyada beynəlxalq seminarda iştirak edir.

Presssport.az xəbər verir ki, seminar Kodokan institutunda və Tokai Universitetində keçirilir.

Təlim proqramı həm nəzəri, həm də praktiki biliklərin mənimsənilməsinə yönəlib və iştirakçılara cüdo təlim metodlarını, eləcə də Yapon cüdo ənənələrini öyrənmək imkanı yaradır.

Seminarda məşhur cüdo ustaları – Kodokan 8-ci dan sahibi Kenşi Mitsumoto, Olimpiya çempionu və Yaponiyanın keçmiş baş məşqçisi Kosei İnoue, həmçinin Kodokan institutunun “Nage no Kata” üzrə professoru Mikihiro Mukai təlim keçir.

Allahverdiyev Yaponiyanın qadınlardan və kişilərdən ibarət əsas yığma komandasının məşqlərində iştirak edərək, Yapon cüdoçularının hazırlıq prosesini yaxından izləyir.

Seminarın yekununda iştirakçılar sertifikatla təltif olunacaq. Məşqçimiz Yaponiyada qazandığı bilikləri Azərbaycanda tətbiq edərək, ölkəmizdə cüdonun inkişafına və yeni nəsil cüdoçuların yetişdirilməsinə töhfə verəcək.

Xatırladaq ki, oktyabrın 3-də start götürən seminar noyabrın 4-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC