Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıb.
Presssport.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin edib.
Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Nuriyeva və Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC