"Fənərbaxça"dan Avropa çempionunu transferi

Türkiyə Super Liqasının lideri "Fənərbaxça" qış fasiləsində səs-küylü transfer reallaşdırır. Presssport.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Yuventus"da 12 mövsüm forma geyinərək əfsanələrindən sayılan təcrübəli müdafiəçi Leonardo Bonuççini İstanbula gətirib. Tibbi müayinədən keçmək və müqavilənin əlavə detallarını müzakirə etmək üçün adıçəkilən şəhərə təşrif buyuran italiyalı futbolçu "Fənərbaxça"nın "Konyasporu" 7:1 məğlub etdiyi Super Liqa matçını tribunadan izləyib. Bu mövsüm Almaniya Bundesliqasında "Union Berlin"də 10 qarşılaşmada meydana çıxan 37 yaşlı müdafiəçi karyerasında 8 dəfə İtaliya A Seriyasının, habelə millisiylə Avropa çempionunun qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC