"Nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu" - Bağırov

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Qəbələ" ilə bu gün keçirilən yoxlama oyunundan sonra Qəbələdəki təlim-məşq toplanışınını dəyərləndirib. Pressport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis hazırlıq prosesini istədikləri kimi keçdiyini, plana uyğun toplanışı başa vurduqlarını açıqlayıb: "Oyunda da nəyi planlaşdıhmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası, matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar". Xatırladaq ki, naxçıvanlılar qış fasiləsindəki yoxlama matçlarında "Qəbələ"yə 0:2, bunadək "Zirə"yə "Dalğa Arena"da 1:2 hesabıyla yenilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC