"Turan Tovuz" ÇL-in pley-off iştirakçısına yenildi

"Turan Tovuz" bu gün Antalyada iki yoxlama oyunu keçirib. Presssport.az xəbər verir ki, Qərb təmsilçisi günün ilk matçında Macarıstanın "Şiofok" klubuna 0:2 hesabı ilə məğlub olub. Ayxan Abbasovun komandası günün ikinci görüşündə isə Özbəkistan təmsilçisi "Nasaf"la üz-üzə gəlib. Asiya Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısı ilə qarşılaşma "Turan Tovuz"un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Tovuzluların qollarına panamalı müdafiəçi Roderik Miller və müqaviləylə "Neftçi"yə məxsus gənc cinah oyunçusu İsmayıl Zülfüqarlı vurub. Xatırladaq ki, "Turan Tovuz" Antalyada ilk hazırlıq ilk matçında Rumıniyan “Voluntari”sinə 0:2 hesabı ilə məğlub olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC