"Turan Tovuz" "Neftçi"dən 2 futbolçunu icarəyə götürdü

"Turan Tovuz" qış fasiləsində növbəti yeni futbolçu keçidlərini reallaşdırıb. Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov "Neftçi"nin gənc oyunçuları - İsmayıl Zülfüqarlıyla Fərid Yusiflini heyətlərinə cəlb etdiklərini söyləyib. Anlaşma cari mövsümün sonunadək icarə əsasında nəzərdə tutulub: "Hər ikisini icarəyə götürdük. Sözün açığı, çempionat qurtarandan sonra bu futbolçular maraq dairəmizdə idi. Perspektivli futbolçulardı. "Neftçi"də az şans qazanırlar, bizdə daha çox ola bilər. Yerli futbolçular istəyirdik. Sertan Taşkının ayrılığından sonra sağ cinah müdafiəçini mövqeyində yerli oyunçuya ehtiyacımız vardı. İnşallah, inanıram ki, bizə kömək edəcəklər". Həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilən 23 yaşlı Zülfüqarlı Antalyada "Nasaf"la (Özbəkistan) yoxlama matçında (2:4) yeni klubunun heyətində debütündə qol hesabını açıb. Mərkəz yarımmüdafiəçisi olan Yusifli isə U-21 yığmamızın kapitanıdı və bu mövsüm əvsasən "Neftçi-2"də Əvəzedicilər liqasında oyun praktikası qazanıb. Xatırladaq ki, "Turan Tovuz" qış fasiləsində ilk olaraq 22 yaşlı braziliyalı hücumçu Aleks De Souza Alkantaranı transfer edib. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC