FİFA ilin ən yaxşılarını mükafatlandırdı

FİFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib. Presssport.az xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib. Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” klubunun argentinalı ulduz hücumçusu Lionel Messi seçilib. Lakin 37 yaşlı futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib. Nominasiyalar üzrə qaliblər aşağıdakılardır: Ən yaxşı kişi futbolçu Lionel Messi (“İnter Mayami” / Argentina) Ən yaxşı qadın futbolçu Aytana Bonmati (“Barselona”, İspaniya) Ən yaxşı kişi baş məşqçi Xosep Qvardiola (“Mançester Siti” / İspaniya) Ən yaxşı qadın baş məşqçi Sarina Viqman (İngiltərə millisi / İngiltərə) Ən yaxşı kişi qapıçı Ederson (“Mançester Siti” / Braziliya) Ən yaxşı qadın qapıçı Meri Erps (“Mançester Yunayted” / İngiltərə) Fair Play mükafatı Braziliya milli komandası “Puşkaş mükafatı” Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol “Ən yaxşı azarkeş” mükafatı Huqo Daniel “İlin simvolik komandası” Qapıçı: Tibo Kurtua Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC