Ronaldo "The Best"ə səsvermədə iştirakdan imtina edib

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo FİFA-nın versiyasına görə ən yaxşı futbolçunun seçilməsi üçün keçirilən səsvermədə iştirakdan imtina edib. Presssport.az xəbər verir ki, onun adı "The Best" mükafatı üçün səsverənlərin siyahısında yer almayıb. "Əl-Nəsr"in 39 yaşlı hücumçusunun əvəzinə “Portu”nun veteran müdafiəçisi Pepe səsləri verib. Onun siyahısında həmyerlisi, “Mançester Siti”nin futbolçusu Bernardo Silva 1-ci, norveçli Erlinq Haaland 2-ci, “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen 3-cü yerdə qərarlaşıb. Xatırladaq ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu mükafatını alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC