"Məni "Neftçi"dən qovmayıblar" - Mutu

"Mətbuatda yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb". Presssport.az "Digisport.ro" nəşrinə istinadən xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib. Rumıniyalı mütəxəssis "ağ-qaralar"la vidalaşdığı dönəmi xatırlayıb: "Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdi. Həmin gün dərhal getmişdim". Xatırladaq ki, 45 yaşlı Mutunun "ağ-qaralar"la qalan 1,5 illik müqaviləsi dekabrın 24-də ləğv edilib. "Neftçi" Monteneqrodan olan 56 yaşlı Miodraq Bojoviçə tapşırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC