"Neftçi" Mutudan məsləhət alıb, prezidenti 400 min avroya satır

“Neftçi” Rumıniyanın FCSB klubunun futbolçusu Andrea Kompanyo ilə maraqlanır. Presssport.az xəbər verir ki, bunu Bakı klubunun sabiq baş məşqçisi Adrian Mutu öz ölkəsinin mətbuatına açıqlamasında deyib. 45 yaşlı mütəxəssis hələ “Neftçi”də olarkən 27 yaşlı italyan hücumçunu yanına gətirmək istədiyini etiraf edib. Mutunun sözlərinə görə, sabiq klubu yenidən onunla əlaqə saxlayaraq, Kompanyo ilə bağlı məsləhət alıb. FCSB-nin sahibi Cici Bekali də Kompanyonu qış transfer dönəmində satacaqlarını etiraf edib: "Onun üçün 400 min avroluq təklif aldım. Düşünürəm ki, Andreanı satacam”. Onu da bildirək ki, Rumıniya klubu Andreanı 2022-ci ilin yayında “Universitatya Krayova”dan 1,5 milyon avroya transfer edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC