"Səbail"lə matçda qələbə topunun müəllifi: "Hücumda və müdafiədə yaxşı göründük"

Rusiyanın “Fakel” klubunun futbolçusu Nikita Motpan Antalya toplanışı çətçivəsində “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri yoxlama matçı barədə danışıb. Presssport.az xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində penaltidən vurduğu qol sayəsində Voronej təmsilçisinə qələbə qazandıran Moldova millisinin yarımmüdafiəçisi sevincli olduğunu gizlətməyib: “Qol vurmaq və məhsuldar ötürmə vermək gözəldir. Amma əsas odur ki, komandaya xeyir verək, birlikdə müsbət nəticə əldə edək və qarşımıza qoyulan vəzifələrin icrasına doğru irəliləyək. “Səbail”lə oyun asan olmadı. Görüşdə hücumda və müdafiədə yaxşı göründük. Fiziki cəhətdən də yaxşı formadayıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC