"Zirə" Sadıxovu satacaqmı? - AÇIQLAMA

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovun gedəcəyi ilə bağlı yayılan iddiaları şərh edib. 42 yaşlı mütəxəssis Presssport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə Rəhimlə bağlı xəbərləri özünün də mətbuatdan oxuduğunu gizlətməyib: "Təklif olsa, dəyərləndirə bilərik. Rəhim də daxil olmaqla bir neçə futbolçumuza ölkə xaricindən maraq göstərilib. Bəlkə də söhbətlər ordan yaranır. Lakin konkret heç nə yoxdu". Sadıqovdan Sadıxova "Araz-Naxçıvan"ın marağı haqda soruşduqda, cavabı belə olub: "Mən də istərəm “Araz-Naxçıvan”dan 3-4 futbolçunu komandamda görüm. Biz gənc məşqçilər arasında bu barədə müzakirələr gedir. Rəhimin də digər klubların maraq dairəsində olması normaldı. Yaxşı futbolçudu. Ciddi, konkret təklif olsa, düşünüb qərar verəcəyik". Xatırladaq ki, 28 yaşlı Sadıxovun "Zirə"ylə hələ ilyarımlıq müqaviləsi var. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC