Abbasov 4-nü qaytardı, daha bir transferi mümkün sayır: "Bu oyunlar bizə siqnal verdi ki, hələ tam hazır deyilik"

"Təlim-məşq toplanışını oyunla bitirmək istəyirdik və bir gündə iki matç keçirdik. Futbolçularımız bu oyun yükünü tam almalı idi ki, çempionatda oyun praktikası sarıdan əziyyət çəkməyək. Zədədən gələn, gənc futbolçular vardı. Onların hamısını iş başında gördük. Düzdür, məğlub olduq və bu, bir az üzücüdü. Amma əsas odur ki, bu ikihəftəlik ağır qrafikdə futbolçularımın o əzmkarlığını, o istəyini gördüm. Lakin səhvlər var. İnşallah, tam gümrahlıq gələndən sonra o səhvləri də aradan qaldıracağıq". Bu fikirləri Presssport.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. Antalyadakı ikihəfətlik təlim-məşq toplanışını başa vurmaq üzrə olan tovuzlular hər 3 yoxlama matçında meydandan məğlub ayrılıb. Qeyri-rəsmi oyunlarda nəticə nə qədər önəmli olsa da, hər halda, Premyer Liqada III dövrə öncəsi məğlubiyyətləri sıralamaq komandada ruh düşkünlüyü yarada bilər. Amma 43 yaşlı mütəxəssis fərqli düşünür: "Əlbəttə, uduzmaq həmişə üzücüdü. Amma bu yoldaşlıq görüşlərində risk, eksperiment, dəyişiklik edə bilərik. Çempionat matçında isə bu, tam başqa cür olur. Bu oyunlar bizə siqnal verdi ki, hələ tam haızr deyilik. Bu il istər-istəməz həm istirahət az oldu, həm də məşqlərə başlayandan sonra vaxt azlığına görə birdən-birə yükləmələr oldu. Bu üzdən futbolçular oyunlarda yorgunluq halında oynayırdılar. Bu da öz sözünü deyirdi. Kiçik zədələr oldu. Çox təəssüf ki, Veysəl Rzayevi, Aleks Serranonu istifadə edə bilmədik. İnşallah, inanıram ki, "Kəpəz"lə matçadək hər kəs sağalacaq. Bu məğlubiyyətlərdən dərs çıxaracağıq. Ruh düşkünlüyü ola bilməz. Bu məğlubiyyətlərlə ruh düşkünlüyü yaşayacağıqsa, deməli, böyük bir bir nəticələr əldə etmək bizim üçün çox çətin olacaq". Abasov Amerika qitəsindən baxışa gələn legionerlər haqda yekun qərar verdiyini açıqlayıb: "Onları göndərdik. Bir oyunluq gəlmişdliər. Baxdıq, gənc futbolçulardı. Növbəti transfer ola da bilər, olmaya da. Bəzi futbolçularla danışdıq, alınmadı. İnşallah, ola bilər ki, hansısa futbolçulardan yenə gəlmək istəyən, variantı olsa, bəlkə bir transfer edə bilərik. Amma bugünkü gündə hələ ki alınmır. Alınmasa da, inşallah, bu heyətlə qışdan sonrakı oyunları davam etdirəcəyik". Onu da bildirək ki, sabah Vətənə dönəcək "Turan Tovuz" qısa istirahətdən sonra paytaxtda məşqlərini bərpa edəcək, "Kəpəz"lə səfər oyununa 1 gün qalmış Qəbələyə yollanacaq. Orda yanvarın 22-də gəncəlilərin qonağı olacaq komanda ardından Tovuza qayıdaraq 4 gün sonra keçiriləcək "Səbail"lə ev matçının hazırlığına başlayacaq. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC