Yeni mövsüm avrokubokların başlama vaxtları açıqlanıb

UEFA 2024/25 mövsümü Avropa kubokları yarışlarının təqvimini təsdiq edib. Presssport.a xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası (ÇL), yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının I təsnifat mərhələsinin, iyunun 19-da isə həmin turnirlərin II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. ÇL-də I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyulda, Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) 11 iyulda, cavab matçları ÇL-də 16-17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq. Yarışların qrup mərhələləri ÇL-də və AL-da sentyabrda, KL-də isə oktyabrda başlayacaq. ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25-26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək. Xatırladaq ki, 2024/25 mövsümündən hər üç turnir yeni formatda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC