"Qarabağ"da Portuqaliya təcrübəsi olan çoxlu oyunçu var" - UEFA

UEFA-nın rəsmi saytı Avropa Liqasının ilk pley-off mərhələsində “Braqa” ilə “Qarabağ”ı arasında keçiriləcək duelə toxunub. Presssport.az xəbər verir ki, Avropanın ali futbol qurumu bu iki komandanın qarşıdurmasıyla bağlı bunları yazıb: “2010/11 Avropa Liqasının finalçısı “Braqa” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin nəzərə alsaq ki, rəqiblər “Napoli” və “Real”dır, onları bağışlamaq olar. 2008-ci ildən bu vəzifəni icra edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında "Sportinq"ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliya təcrübəsi olan çoxlu cənubi amerikalı oyunçu var”. Xatırladaq ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Braqada, cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC