Fərid Yusifli gəldi, bu legioner yol üstündədi

"Turan Tovuz"un qış transfer dövründə gedişlərin olacağı gözlənilir. Presssport.az xəbər verir ki, ən real namizəd gürcü legioner Piruzi Marakvelidezdi. Əvvəla, bu təcrübəli futbolçu xeyli vaxtdı zədə üzündən oynamır və hələ də müalicə alır. Ən əsası, onun çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinə yeni futbolçu, özü də yerli gətirilib. Bu, "Neftçi"dən cari mövsümün sonunadək icarəyə götürülən U-21 yığmamızın kapitanı Fərid Yusiflidi. Zədəli olan Piruzi 10 günə Bakıya gələcək və bundan sonra haqqında yekun qərar veriləcək. Abbasov bizimlə söhbətdə bu ayrılığın baş tutmasını zamanın öhdəsinə buraxdı: "Həmin mövqedə transfer istəyirdik. Fərid də yerli statuslu oyunçudu. Çünki bizdə yerli futbolçular da olmalıdı. İnşallah, xeyirlisi, görək nə olur....Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Ümumiyyətlə, bizdə az oynayan futbolşularla hələ müraciət edən olmayıb. Ona görə bu dəqiqə bu haqda bir şey deyə bilmərəm. Kimsə müraciət etsə, baxacağıq. Onu dəyərləndirib, bundan sonra qəarr verə bilərik". Yarımmüdafiənin mərkəzində çıxış edən Budaq Nəsirovun da gələcək taleyi dumanlı görünür. Çünki o, cari mövsümün ilk yarısında demək olar oynamayıb və Türkiyəyə girşinə qadağa qaldığından, bu dəfə də "Turan Tovuz"un təlim-məşq toplaanışında iştirak etməyib. 28 yaşlı Nəsirov qalsa belə, oyun praktikasını əvəzedicilərdə qazanmalı olacaq. Xatırladaq ki, 29 yaşlı Marakvelidzenin tovuzlularla bu yayadək müqaviləsi var. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC