"Neftçi" "Qarabağ"ın rekorduna şərik çıxdı - "Qarabağ"ı evdə yenərsə...

“Neftçi”nin qış fasiləsində baş məşqçi postuna keçdiyi monteneqrolu mütəxəssis Miodraq Bojoviçin rəhbərliyi altında səfərdə hələ qələbə qazana bilməsə də, evdə qələbələri sıralayır. Belə ki, “ağ-qaralar” əvvəlcə “Neftçi Arena”da “Qəbələ”ni (3:1), sonra “Zirə”ni (1:0) məğlub edib.

Presssport.az-ın araşdırmasına görə, “Neftçi” ardıcıl 5-ci ev matçdı qələbə qazanır və bu, cari çempionatda rekordun təkrarlanması deməkdi. Belə ki, hələ II dövrədə rumıniyalı sabiq baş məşqçi Adrian Mutunu dönəmində də həmin “Zirə” 1:0 yenilmiş, ardından Qərb təmsilçiləri - "Turan Tovuz"la (3:2) “Kəpəz” (2:0) "Neftçi Arena"dan xalsız yola salınmışdı.

Bu çempionatda ardıcıl 5 ev qələbəsi qazanan digər Premyer Liqa iştirakçısı “Neftçi”nin əzəli rəqibi “Qarabağ”dı. Belə ki, lider öz meydanında son matçında “Sabah”la bərabərliyə qalmaqla (3:3) rekordu qırıldı. 

Maraqlıdı ki, “Neftçi”nin növbəti ev matçı məhz "Qarabağ"la olacaq. Bu, XXV turda baş tutacaq. Miodraq Bojoviçin komandası lideri “Neftçi Arena”dan xalsız yola salarsa, həm bu çempionatda evdəki qələbə seriyasına görə yeni rekordçu, həm də “Qarabağ”la görüşlərdə 3 illik qələbəsiz seriyasına son qoymuş olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC