Səmədov hücumda "dişsiz" olmalarını əsas problem sayır, Bağırovu Şükürovdan fərqləndirir: "Hər şeyin başında istəkdi, istək olandan sonra hər şey qaydasına düşür"

“Kəpəz” Misli Premyer Liqasında yeni mövsümdə ilk baş məşqçi dəyişikliyi edən oldu. Belə ki, Adil Şükürovu bu postda Azər Bağırov əvəzlədi. Gəncə klubunun heyətində ən uzun müddətdi oynayan futbolçusu, yetirməsi Əli Səmədov Presssport.az-a müsahibəsinə bu və digər mətləblərdən danışıb. 

  • - “Kəpəz” üçün yeni dönəm başlayır. Necədi əhval-ruhiyyə komandada?
  • - Əhval-ruhiyyə yaxşıdı. Yeni baş məşqçimiz hələ bizə yeni sistemini yeridir. Belə başa düşürəm ki, pis də başlamayıb. Yaxşı oynadıq “Araz-Naxçıvan”a qarşı. Ən azından başabaş mübarizə gedirdi. Zaman-zaman onlar üstün odlu, zaman-zaman biz. Yekunda bir səhvlə qolu buraxdıq. Belə götürəndə, o dərəcədə təhlükəli hücumları olmamışdı rəqibin.
  • - Qısa müddətdə Azər Bağırov səncə, nəyi dəyişə bilərdi? Yəqin, ilk növbədə psixoloji planda…
  • - Psixoloji planda aqressiv, daha istəkli oynamağı tapşırır bizə. Hər məşqçinin öz oyun sxemi var. Sabiq baş məşqçimiz Adi Şükürov başqa cür idi, Azər Bağırov başqa cür. Belə baxıram ki, yeni baş məşqçimizin ilk matçında pis oynamadıq.
  • - Amma hələ də xal qazana bilmirsiniz. Buna nə çatmır?
  • - Düzdü, 1 matçı çıxmaq şərtilə qol da vura bilməmişik və bu, bizim üçün mənfi cəhətdi. Hücumda daha “dişli” olmal, daha çox epizod yaratmalı, daha yaxşı mübarizə aparmalıyıq. Müdafiə planında yaxşıyıq, amma hücum planında belə deyil.
  • - Turdan tura məğlubiyyətləri sıraladıqca bir bədbinləşmə yoxdu ki, Premyer Liqadı tərk edən son pillədən yaxa qurtara bilməyəcəksiniz?
  • - Yox, hələ ki durumumuz normaldı. Baş məşqçimiz də bizə dedi ki, elə başlayırsınız sanki birinci turdu. Keçən mövsümlərdə də belə uğursuz başlamışdıq.
  • - Şükürovla Bağırovu necə müqayisə edərdin bir baş məşqçi olaraq?
  • - Bir az fərlqilik var. Adil müəllim də sağ olsun, bizə şey öyrətdi. Azər müəllimdən də götürəcəyimiz çox şey var. 
  • - O, taktikaya daha çox diqqət yetirir, yoxsa…?
  • - Əlbəttə ki, taktika bir az fərqlidi Şükürovdakından, həm də istək. Adil müəllimdə bir başqa cür oynayırdıq. Onu mütəxəssislər daha yaxşı bilər ki, necə alındı. Amma istənilən halda, hər şeyin başında istəkdi, bolandan sonra hər şey qaydasına düşür məncə. 
  •  - Belaruslu kapitanınız Yeqor Xvaklonun durumu sizi daha çox narahat etdi - həm komanda yoldaşınıza, həm də mərkəz müdafiəçisi sarıdan qıtlıq olduğuna görə. Həmin mövqedə çıxış edən əsas kapitanınız Vurğun Hüseynov da getdi…. 
  • - Əlbəttə, ki narahatlıq var dediyiniz məsələlərlə bağlı. Lazım olsa, həmin mövqedə də oynamağa hazıram. Görək necə olur…Vurğuna gəlincə, özü qərar verdi ki, getmək istəyirəm. Artıq karyerasını bitirib. Sizə deyim ki, Vurğunun kapitan kimi bizə çox köməyi dəydi - komandada böyük, ağsaqqal kimi. Qismət beləydi, ona uğurlar arzulayırıq.
  • - Yeni transferləriniz də var. Səncə, onlar belə çətin anda komandaya kömək edə biləcək?
  • - Onlar hələ komandaya uyğunlaşa bilməyib. Oyunların gedişində komandamıza yeni futbolçular gəlir və bu, adaptasiya prosesidi. Komanda hələ ki təkmilləşməyib, bir yerdə oynamamışıq. Yeni futbolçular gəldikcə yenidən yeni sistem üzərində işləyirik ki, hər şey qaydasına düşsün. İnşallah, fikrimcə, oyuna-oyuna nəticə verərik.
  • -Yeni futbolçularınızdan biri də Turan Manafovdu kİ, onun gəlişiylə kiçik qardaşın Ümid əsas heyətdən kənarda qaldı. Onsuz meydanda özünü necə hiss edirdin?
  • - Turan da gəlib, rəqabətdi, yaxşı şeydi. Hər mövqedə rəqabət olmağı qardaşımın özü üçün inkişafdı. Gənc futbolçudu və inşallah, rəqabətdə uduzmaz. Rəqabət aparar meydanda, kim yaxşdı, o da oynayacaq. Manafova gəlincə, onun cərimə zərbələrini yaxşı yetirməyi bizə yüz faiz üstünlükdü. Bunu necə yerinə yetirməsinə bələdik. Bütün standart vəziyyətləri təhlükəli olur. İnşallah, Turandan belə vəziyyətlərdə qol gözləyirik. Əslində, "Kəpəz"də debütündəcə fərqlənə bilərdi. Sadəcə, rəqib qapıçı topu tirin altından yaxşı çıxardı. Görək də sonra necə alınacaq onda. 
  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC