"1/8 finalda "Liverpul"la qarşılaşmağımızı istərdim" - Benzia

"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub edərək (səfərdə 4:2, evdə 2:3) 1/8 finala yüksəlmələri barədə danışıb. 

Presssport.az xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında qəliz oyun olduğunu söyləyib: "Bu gün mübarizə apardıq və tarix yazdıq. Çox möhtəşəm hisslər yaşayırıq".

Benzia 1/8 finalda "Liverpul"la qarşılaşmağı arzuladığını gizlətməyib "Bilirik ki, sonraki rəqiblərimiz böyük olacaq. Potensial rəqiblərimiz TOP klublardır. Mən isə "Liverpul"u görmək istəyərdim. Gözləyək, görək, püşkatmanın nəticəsi necə olacaq. Hər bir rəqibə hazırıq".

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC