"Bakıda üstün idik və mərhələni keçməyə layiq idik" - "Braqa"nın kapitanı

"Braqa"nın kapitanı Abel Ruis Avropa Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçını şərh edib.

Presssport.a xəbər verir ki, 24 yaşlı forvard təmsilçimizin çox yaxşı komanda olduğunu söyləyib:

“Çətin bir gecə idi. Düşünürəm ki, yaxşı oyun göstərdik, xüsusən də ikinci hissədə. Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik” 

Ruisin fikrincə, birinci və ikinci oyunda olan hər kəs "Qarabağ"ın əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işlərinonçox çətinləşdirdiklərini gördü: "Cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik. Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi buna yönəltməliyik".

Xatırladaq ki, "Qarabağ" iki oyunun nəticəsinə görə (səfərdə 4:2, evdə 2:3) "Braqa"nı üstələyərək 1/8 final mərhələsinə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC