"Qarabağ"ın rəqibi kubokla vidalaşdı

"Qarabağ"ın Avropa Liqasındakı pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya kubokunda 1/8 final oyununa çıxıb. Presssport.az xəbər verir ki, "Benfika"nın qonağı olan Braqanın eyniadlı təmsilçisi 2:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb. "Braqa" 7-ci dəqiqədə avtoqolla hesabda önə keçsə də, yekunda meydanı məğlub tərk edib. Komandanın 2-ci qolunu uruqvalı yarımmüdafiəçi Rodriqo Salasar 48-ci dəqiqədə vurub. Xatırladaq ki, "Qarabağ" "Braqa"yla ilk görüşü 2024-ün fevralın 15-də səfərdə, cavab oyununu bir həftə sonra evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC