Mourinyonu "Roma"nın əfsanəsi əvəzlədi

"Roma" yeni baş məşqçisini rəsmən açıqlayıb. Presssport.az xəbər verir ki, paytaxt klubu bu vəzifəyə Daniele De Rossi təyin olunduğunu rəsmən açıqlayıb. İtaliya millisinin heyətində 2006-cı ildə futbolçu kimi dünya çempionu olan 41 yaşlı keçmiş yarımmüdafiəçi bu gün istefaya göndərilən təcrübəli portuqaliyalı həmkarı Joze Mourinyonu əvəzləyib. De Rossi ilə bu ilin 30 iyununa qədər müqavilə imzalanıb. İtaliya mətbuatı yazdığına görə, nəticələr uğurlu olarsa, müqavilə uzadılacaq. De Rossi 2002-19-cu illərdə "Roma"da çıxış edərək futbolçu karyerası demək olar bu kluba bağlı olub. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matçda 63 qol vurub, 60 qol ötürməsi verib. De Rossi məşqçilik karyerası ərzində yalnız Vətənində SPAL-a (İtaliya) başçılıq edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC