"Sumqayıt"da başladı, "Sumqayıt"la matçda yubileyi oldu

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 

Presssport.az xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına gənc futbolçu 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan Elvin 6 dəfə fərqlənib.

Xatırladaq ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC