"Göyəzən" növbəti darmadağınla qrup qalibi olmasını rəsmilşdirməyə doğru

Region Liqasında Şimal-Qərb və Qərb zonasında XI turun matçları keçirilib.

Presssport.az xəbər verir ki, lider “Göyəzən”in növbəti qələbəsi evdə böyükhesablı qələbə olub. “VT Gəncə”ylə Qazax şəhər stadionundakı bu görüşdə komandanın bombardiri Pərviz Mahmudov (21 və 78-ci dəqiqələr) dubla imza ataraq aktivindəki qolların sayını 9-a çatdırıb. 

Gündüz və Musa Zeynalovlar müvafiq olaraq 8-ci və 26-cı dəqiqələrdə hərəyə 1 dəfə fərqlənib. 

Elxan Muradovun komandası 10 oyundan sonra xal sayını 25-ə çatdırıb və ən yaxın izləyicisi “Bərdə”ni 6 xal qabaqlayır. Amma “Göyəzən”in 1 oyunu ehtiyatda var. Belə ki, “Ağstafa Gəncləri”ylə ev matçı güclü qar səbəbindən təxirə salınmışdı və martın 7-də baş tutacaq. Bunadəksə qazaxılar növbəti turda “Qarxun”qu qonağı olacaq. Sadəcə, Yexlax təmsilçisi rəqiblərini doğma rayonda yox, Tərtər Olimpiya İdman Kompleksinin stadionunda qəbul edir. Həmin görüş martın 2-də saat 14:00-də olacaq. “Göyəzən” bu 2 matçda qrup qalibi olmasını rəsmiləşdirə bilər. 

Xatırladaq ki, bu zonada ilk 4 yeri tutan komanda pley-offa vəsiqə qazanır.

“Göyəzən” - “VT Gəncə” - 4:0

“Bərdə” - “Qarxun” - 2:0

“Şəki” - “Ağstafa Gəncləri” - 0:4

“Qala” - “Balakən” - 2:1

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC