Cəfərov avrokubokun final matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.

Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilov qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.

Belə ki, o, Fransada yerli "Neptunes Nantes" və İtaliyanın "İgor Gorgonzola Novara" klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq. Matç fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC