AFFA 5 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi 5 komandaya texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, U-14 Qızlar Liqasında “Gəncə İdman Liseyi” və “Şəmkir” eyni cəza ilə üzləşiblər.

“Gəncə İdman Liseyi” "Ümid"lə (Gəncə), Şəmkirineyniadlı təmsilçisi isə "Kəpəz"lə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb.

AFFA Yüksək Qızlar Liqasında "Şəmkir", Balakənin "Balxurma" və Ağcabədinin "Olimpiya" komandaları da texniki məğlubiyyətlə üzləşiblər.

"Şəmkir" "Neftçi" ilə qarşılaşmada, "Balxurma" isə "Baku Juniors"la matçda təyin olunan vaxtda meydanda olmadığından  oyunlar gerçəkləşməyib.

“Olimpiya”nın heyətində isə "Araz-Naxçıvan"la dueldə yetərsay olmayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC