Millimizin AÇ-2024-ün seçmə mərhələ oyunlarına təyinatlar açıqlandı

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi oyunlara təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, fevralın 28-də 5-ci qrupun 3-cü turu çərçivəsində təşkil olunacaq görüşü moldovalı hakimlər idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada ədaləti Dorian Sirbu və Viktor Serdyuk qoruyacaqlar. Saat 17:00-da başlayacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.

Bu komandaların 4-cü turda Vilnüsdəki duelini isə Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. Martın 3-də "Avia Solyuşens Qrup Arena"da baş tutacaq oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.

Hər iki komanda ilk iki turda İspaniya və Şimali Makedoniyaya məğlub olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC