Son pillənin sahibi yenə xala həsrət qaldı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 15-ci turun oyunu keçirilib.

Presssport.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma UNEC və “Milli Aviasiya Akademiyası” arasında olub.

Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan inamlı qələbə ilə ayrılıb - 3:0 (25:15, 25:12, 25:12).

Turun digər qarşılaşmaları bu gün baş tutacaq. Bakıda GİN-in Voleybol Mərkəzində saat 15:00-da başlanacaq matçda “Azərreyl” və “Abşeron”, Gəncə OİK-də saat 17:00-da start götürəcək oyunda isə “Gəncə” və “Murov” kollektivləri üz-üzə gələcəklər.

Hazırda turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Murov” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC