Tsxadadze 9 ildən sonra yenidən Premyer Liqamızda - son olaraq Abasova məğlubiyyətlərlə yola salınıb

“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Tsxaxadze 9 ildən sonra Azərbaycan Premyer Liqasına qayıdıb.

Presssport.az xəbər verir ki, 56 yaşlı gürcü mütəxəssis son olaraq ölkəmizdə Bakı “İnter”ini (hazırkı “Şamaxı”nı) çalışdırıb. Bu, 2009-14-cü illərdə olub. Tsxadadze Azərbaycanda ilk olaraq Bakı “Standard”ını çalışdıraraq 2008-ci ildə onun “sükanı arxası”nda olub. 

Grücü məşqçi “İnter”də debüt mövsümündcədə Azərbaycan çempionluğu qazandırıb. O, hər 6 mövsümdə mükafat qazanıb. Belə ki, 2011/12, 2012/13 mövsümlərində gümüş, 2013/14, 2014/15 mövsümlərində bürünc medalçı, 2010/11 mövsümündə isə Azərbaycan Kubokunun qalibi olub. 

Tsxaxadze Premyer Liqamızda son matçı 2014\15 mövsümünün son turunda - 2015-ci ilin mayın 28-də “Sumqayıt”la səfər matçı olub. Onda da Samir Abasovun baş məşqçisi olduğu bu komanda rəqibi üzərində 3:1 hesablı əzmkar qələbə qazanıb. Yeri gəlmişkən, Tsxadadze Azərbaycana növbəti səfərində Tiflis “Dinamo"sunun baş məşqçisi kimi gəlmiş və "İnter”də futbolçusu olmuş Abasovla dueldən yenə məğlub ayrılmışdı - 2021-ci ili iyulunda Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”yə evdə və səfərdə 1:2.

Amma Sumqayıtdakı həmin görüş Tsxadadzenin “İnter”də son matçı olmayıb. Belə ki, o, 2015-ci ilin iyulunda Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubuna evdə oyunsonrası penalti seriyasına uduzadraq mübarizəni dayandırdıqdan sonra elə mətbuat konfransında istefa verdiyini açıqlayıb və bu, rəhbərlik tərəfindən qəbul olunmuşdu.

Tsxaxadzenin Premyer Liqamızda qayıdışıyıa cari mövsümdə əcnəbi baş məşqçi sayı yenidən 2 olub. Belə ki, rusiyalı Murad Musayevin gedişindən sonra gəlmə mütəxəssis yalnız “Neftçi"dəki monteneqrolu Miodraq Bojoviç idi. Yeri gəlmişjən, Tsxadadze onunla həçyaşıddı - hər ikisi 1968-ci il təvəllüdlü. Sadəcə, iyunun 22-də dünyaya gələn Bojoviç gürcü həmkarından (7 sentyabr) 3 aya yaxın böyükdü. Premyer Liqamızda hazırda ən yaşlı baş məşqçi isə 1966-ci il təvəllüdlü - 58 yaşlı Şahin Diniyevdi (”Səbail").

Xatırladaq ki, Tsxadadzenin “Qəbələ”yə özüylə gətirdiyi hənyerlisi Georgi Çixradze “İnter”də də köməkçisi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC