"Bu matç bizim üçün "Qarabağ"dan daha çox lazımdı, onlara nə qədər yaxşı oynasan, bu, sənə başucalığıdı"

“Hamı bilir ki, “Qarabağ” indi hansı dövrdədi, hansı vəziyyətdədi. Söz yox ki, bunu demək artıqdı. Buna görə ”Qarabağ"la matçda nə qədər yaxşı oynasan, bu, sənin üçün başucalığıdı". 

Bu sözləri Presssport.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov Premyer iqanın XXIII turdan təxirə salınmış “Qarabağ”la bugünkü ev matçı öncəsi deyib.

38 yaşlı yarımmüdafiəçi əslən olduğu Ağdamın təmsilçisinə bir rəqib olaraq böyük hörmətlərinin olduğunu vurğulayıb:  “Çox yaxşı komandadı. Tək Azərbaycanda yox, Avropada sözünü demiş biridi. Amma buna baxmayaraq, məncə, bizim üçün bu oyun "Qarabağ”dan daha çox lazımdı. O üzdən əziyyət çəkməliyik ki, heç olmasa ən yaxşı halda xal alaq".

Xatırladaq ki, “Qarabağ” Premyer Liqada hazırda turnir cədvəlində 1-ci, “Qəbələ" sonuncu 10-cu yerdə gedir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC