"O, tam hazır deyil, formasını bərpa edəndən sonra bizə kömək edəcək" - Abbasov

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov ilk qış transferi olan Aleks De Souza Alkantaranı dəyərləndirib. Abbasov Presssport.az-a açıqlamasında 22 yaşlı braziliyalı hücumçuya tam formasını etməsi üçün vaxt lazım olduğunu vurğulayıb: "Aleks də gəncdi. Hələ tam hazır deyil. Son yoxlama matçımızda ikinci hissədə meydana çıxaraq 45 dəqiqə oynadı. Əlbəttə, formasını bərpa edəndən sonra inşallah, bizə kömək edəcək. Universldı, hücumun hər bir nöqtəsində oynayan futbolçudu. Və biz də belə futbolçulara çox üstünlük veririk. İnanıram ki, formasını bərpa edəndən bizə kömək edəcək". Xatırladaq ki, tovuzlular Braziliya "Santos"unun yetirməsi olan Akeslə 2,5 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC