“Kəpəz” rəhbərliynə Tsxadadzenin təyinatından əvvəl deyilmişdi ki, Qəbələdə oynayılmayacaq"

“Mətbuatda oxuyuram ”Qəbələ" “Kəpəz”ə daha Qəbələdə oynamağa icazə verməməsi haqda müzakirələri. Amma “Kəpəz”in futbolçularının özlərindən soruşsanız, onlar da deyərdirlər ki, son matçımızda meydançanın vəziyyəti necə pis idi".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov deyib.

“Qırmızı-qaralar”ın yeni baş məşqçisi olan gürcü mütxəəssis Kaxaber Tsxadadzenin gəlişindən sonra ilk tələb kimi “Kəpəz”in Qəbələdə oynamasına icazə verilməməsi böyük müzakirə obyekti olub. Məlumdu ki, gəncəlilər “Qəbələ”nin Premyer Liqada qalmaq uğrunda rəqibidi və qış fasiləsindən sonra burda oynayaraq çox xal toplayıb. Məmmədov isə qərarı qazonla əlaqələndirir: “Bəlkə də bu isti aylara təsadüf etsəydi, belə problem yaranmazdı. Amma soyuq aylarda bir stadionda iki komandanın ard-arda oynamağı meydançanı həqiqətən çox pis vəziyyətə qoyur. Ona görə məncə, bu, normal addımdı. Onlar da yəqin ki, özləri gördülər bu mənzərəni. Qazon çox yüklənir, çünki oyundan qabaq əvvəl həm özünün, həm də rəqibin məşqi, ardınca da 90-100 dəqiqə oynamaq. Meydança buna tab gətirmirdi. Yəqin ki, ”Kəpəz" də bu normal qərarı normal qarşılayacaq. Nə deyim, xeyilrisi".

Məmmədovun fikrincə, “Qəbələ”nin bu qərarı “Kəpəz”in Qəbələdə yaxşı oynaması ilə bağlı olmayıb: “Yəqin ki, bu söhbət Kaxanın gəlişindən əvvəl də vardı. Dəqiq bilmirəm, məncə, olub. Yəqin, “Kəpəz” rəhbərliynə bu təyinatdan əvvəl deyilmişdi ki, burda oynayılmayacaq. Mən elə bilirəm. Bunun yeni baş məşqçimizin gəlişinə aidiyyatı yoxdu. Bəli, belə deyə bilərəm. Amma dediyim kimi, “Kəpəz”in futbolçularının özlərindən soruşun ki, meydança nə vəziyyətdə idi. Ola bilər, kənardan çox ideal görünür, amma çox yüklənib. Misal üçün meydançada elə yerlər var ki, çox pis vəziyyətə düşüb. Bu da qazonun çox yüklənməsiylə əlaqədardı”.

İndi “Kəpəz” yeni stadion axtararaq orda-burda oynamalı olacaq. Maraqlıdı, bu, Premyer Liqada qalmaq mübarizəsində “Qəbələ”yə üstünlük verə bilərmi? Kapitanı dinləyək: "Qoy, oynasınlar, baxaq da. Hələ heç nə demək olmaz. Oynasınlar, görək necə olur. İndidən bu barədə heç nə deyə bilmərəm".

Xatırladaq ki, 9-cu pillədə gedən “Kəpəz” son yerin sahibi “Qəbələ”ni axıra 12 tur qalmış 8 xal qabaqlayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC