Tsxadadze "Qəbələ"də ağır məğlubiyyətlə başladı - YENİLƏNİB

Bu gün Premyer Liqada XXIII turdan təxirə salınmış matç keçirilib.

Presssport.az xəbər verir ki, “Qəbələ” “Qarabağ”ı qəbul edib.

Bu, liderlə son pillənin sahibinin dueli olub. Autsayderin yeni baş məşqçisi olan gürcü mütəxəssis Kaxaber Tsxadadze həmin postda debütü ağır məğlubiyyətlə nəticələnib.

Xatırladaq ki, Qəbələdəki görüş Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubuyla  Bakıdakı cavab matçına daha yaxşı hazırlaşmasına görə təxirə salınmışdı. 

28 fevral (çərşənbə)

19:00. “Qəbələ” – “Qarabağ” - 0:4

QOLLAR: A.Diakabi, 47, R.Almeyda, 59-pen, N.Axundzadə, 65, M.Yankoviç, 80

QIRMIZI VƏRƏQƏ: F.Akal, 55 (birbaşa)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ. Şəhər stadionu

Cari çempionatdakı matçlar - 3:0, 2:1.

"Qəbələ": 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov

Baş məşqçi: Kaxaber Tsxadadze

"Qarabağ": 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC