"Qarabağ" bombardiri məcburən əvəzləndi

“Qarabağ” “Qəbələ”ylə Premyer Liqanın XXIII turdan təxirə salınmış bugünkü səfər matçında artıq ilk hissədə məcburi əvəzləmə etməli olub.

Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Premyer Liqamızın da bombardiri olan Olavio Juninyo fasiləyə az qalmış meydandan çıxarılası olub.

Belə ki, əzələsində narahatlıq hiss edən braziliyalı hücumçu ilə bağlı riskə gedilməyərək qorunması daha məqsədəuyğun sayılıb.

Juninyonun yerinə meydana çıxan portuqaliyalı Leandro Andrade yarımmüdafiənin sol cinahında yer alıb. Bunadək orda çıxış etmiş Nəriman Axundzadə isə hücuma çəkilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC