"Bayer"in bombardiri "Qarabağ"a qarşı oynaya bilməyəcək

“Bayer”in nigeriyalı bombardiri Viktor Bonifas Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la oyunlara qədər tam sağala bilməyəcək.

Presssport.az xəbər verir ki, bu haqda Almaniyanın məşhur “Bild” nəşri məlumat yayıb.

Belə ki, ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı millisinin heyətində ciddi zədə alan hücumçunun aprelə kimi yaşıl meydanlara qayıtması gözlənilmir.

Əvəzində keçən ay sıradan çıxan argentinalı yarımmüdafiəçi Ezekiel Palasios ağdamlılarla görüşə qədər tam sağalacaq. Belə ki, o, artıq məşqlərə başlayıb. 

Xatırladaq ki, 16 qolla "Bayer"in bu mövsüm ən sərrast oyunçusu olan Bonifas Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a hər iki görüşdə (5:1, 1:0) qol vurub.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC