"Qarabağ"la derbidə gözəl komanda oyunuyla və oyunçularla qələbə çalmağa çalışacağıq” - "Neftçi"nin legioneri

"Neftçi"nin fransalı legioneri Kilan Lebon Premyer Liqanın XXV turunda “Qarabağ”la bazar günü keçiriləcək derbidən gözləntilərini açıqlayıb. 

Presssport.az xəbər verir ki, 26 yaşlı cinah yarımmüdafiəçisi iki komanda arasında rəqabətin olduğunu söyləyib: “Bizim üçün ağır qarşılaşma olacaq. Hər kəs bunu bilir, başa düşür. Qalib gəlmək üçün əlimizdən gələni etməliyik ki, 3 xalı götürək. Bunun üçün də yaxşı oyunçularımız var. Düzdü, hər zaman istədiyimiz kimi olmur. Amma gözəl komanda oyunuyla və oyunçularla qələbə çalmağa çalışacağıq”

Qeyd edək ki, "Neftçi" Arena"dakı görüş martın 3-də saat 19:00-da başlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC