Tsxadadzeli "Qəbələ" ilk qələbə, "Neftçi" tarixi derbidə 3 illik həsrətə son qoymaq iddiasında

Bu gün Premyer Liqada XXV tur start götürəcək.

Presssport.az xəbər verir ki, "Sumqayıt" məğlub olmadığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bu dəfə "Kəpəz"i qəbul edəcək. Burda 1 qələbəsi, 1 heç-heçəsi olan Samir Abasovun komandası bugünkü matçda favoritdi. Hər halda, “kimyaçılar” turnir cədvəlində yuxarıdan, gəncəlilər isə aşağıdan 2-ci pillədədi. Meydan sahiblərinə medallar, qonaqlara isə Premyer Liqada qalmaq uğrunda mübarizədə qələbə vacibdi. 

Keçən turda çempionatda 10 oyunluq qələbəsizlik seriyasına son qoyan “Zirə” tanış rəqibi qonaq edəcək. Belə ki, bu komandalar cari mövsümdə kubokda da rəqib olaraq məhz Zirədə görüşmüşdü. Rəşad Sadıqovun komandası 2:1 hesablı əzmkar qələbəylə yarımfinala çıxıb. "Turan Tovuz" çempionatda 5 oyundu uduzmur. Tovuz klubunun baş məşqçisi Ayxan Abasov keçmiş komandasını yenərsə, onunla xal fərqini minimuma endirmiş olacaq. 

Rusiyalı sabiq baş məşqçisi Murad Musayevin gedişindən sonra ilk məğlubiyyətini keçən turda alan “Sabah” Premyer Liqada hələ ki məğlub edə bilmədiyi tək rəqib olan “Araz-Naxçıvan”ı qəbul edəcək. Buna baş məşqçi əvəzi İqor Ponomaryovla son qoymağa çalışacaq Masazır təmsilçisi rəqibiylə eyni xala malik olaraq turnir cədvəlində "qonşu"du. Deməli, qələbə onu qazanı xal baxımından irəli aparacaq. Onu da bildirək ki, Azər Bağırovun komandası çempionatda son 7 oyunda cəmi 1 qələbə qazanıb və çoxsaylı xal itkisi nəticəsində turnir cədvəlində 8-ci pilləyə düşüb. 

Turnir cədvəlinin sonuncusu "Qəbələ" bu həftə ardıcıl 2-ci ev matçına çıxacaq. Gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyinatından sonra ilk oyunda lider "Qarabağ"a böyük hesabla məğlub olan (0:4) “qırmızı-qaralar”ın budəfəki sınağı medallar uğrunda mübarizə aparan “Səbail”lə olacaq. "Qəbələ" bu mövsüm "dənizçilər"lə hər 2 dueldən məğlub ayrılıb. “Qırmızı-qaralar” nəhayət, qələbə qazanarsa, həm buna son qoyar, həm də Premyer Liqada qalmaq uğrunda iddiasını saxlaya bilər. 

Turun mərkəzi görüşü bağlanış matçı olacaq. Lider “Qarabağ” tarixi derbidə əzəli rəqibi "Neftçi"nin qonağı olacaq. Miodraq Bojoviçin komandası hələ ki “Neftçi Arena”da xal itirməyib. Digər tərəfdən, Avropa Liqasında 1/8 finala yüksələn "Qarabağ" Premyer Liqada rəqib tanımayaraq “ağ-qaralar”a 3 ildir yenilmir. "Neftçi" sonuncu dəfə "Qarabağ"dan düz 1 il əvvəl məhz fevradlda xal ala bilib - səfərdə 1:1. Qurban Qurbanovun komandası “Bayer”lə çətin sınaq öncəsi derbidə qalib gələrək yüksək motivasiyaya malik olmaq istəyir. 
 

 

1 mart (cümə)

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Cari çempionatdakı matçlar - 1:0, 1:1

2 mart (şənbə)

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu, 16:00

Cari çempionatdakı matçlar - 2:1, 0:1

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”, 18:30

Cari çempionatdakı matçlar - 1:1, 0:2

3 mart (bazar)

“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 16:00

Cari çempionatdakı matçlar - 0:1, 0:3

“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”, 19:00

Cari çempionatdakı matçlar - 0:2, 0:2

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC