Baxşıyev namizədləri götür-qoy edir: "Yerli bazardan da heç kəs qaçmır"

Premyer Liqamızda qış fasiləsinə son pillədə yollanan "Qəbələ" də Antalyaya təlim-məşq toplanışına yollanmalı olan klublarımızdan idi. Amma sonradan planlar dəyişdi. Belə ki, baş məşqçi Elmar Baxşıyevin təkliifylə komanda Qəbələdə hazırlıq keçməyi daha məqsədəuyğun saydı, əvəzində xərclərin yeni transferlərə çəkilməsi daha məqsədəuyğun sayıldı. Baxşıyev Presssport.az-a müsahibəsinə hazırlığın gedişiylə bağlı məlumat verməklə başlayıb. - Yanvarın 4-dən Qəbələdə hazırlığa başlamışıq. Futbolçuların ümumi durumları yaxşıdı. İstirahət müddəti çox olmadığından demək olar optimal formada qayıdıblar. Çatışmazlıqlar çox görünmür. Bütün futbolçular bizimlədi. Say 23 nəfərdi. Akademiyamızdan da uşaqlar götürmüşük – 3-4 nəfərdi. Onu da deyim ki, 1 gün fərqiylə hamı düşərgədə idi. - Belə başa düşdüm ki, 7 aydır zədə üzündən yaşıl meydandan kənarda qalan Feras Abu Akal da nəhayət, düşərgədədi. İsrailli yarımmüdafiəçinin hazırlıq durumu necədi? - Zədədən çıxan futbolçumuz yalnız Ferrasdı. O da komandaya qoşulub və yavaş-yavaş optimal formasını yığacaq. Ümumilikdə durumu qaydasındadı. - Sizcə, Feras III dövrənin startınadək hazır ola biləcək, yoxsa..? - Ola bilər ki, həmin müddətədək çatsın. Ola da bilər ki, 1-2 turdan sonra oyunlara qoşulsun. Bu, ümumi məşqlərin nəticəsindən asılıdı. - İlin son matçlarını zədə üzündən buraxan Ahmed Ayzaya ilə Zurab Oçiqavanın vəziyyətləri necədi? - Qaydasındadı. Zədəli futbolçumuz yoxdu. Hamı komandayla çalışır. - Qəbələdə hava şəraiti necədi? Yaxşı hazırlaşmağa imkan verir, yoxsa Antalyaya getmədiyinizə peşmansınız? - Yox-yox. Şükür Allaha, yaxşıdı. Bəzən Antalyada hava şəraiti məşqləri pozur. Qəbələdə hələ ki hər şey qaydasındadı. Bildiyiniz kimi, yanvarın 10-da “Kəpəz”lə oynayacağıq. Belə alındı ki, yanvarın 15-də isə “Qəbələ-2” ilə yox, “Araz-Naxçıvan”la görüşəsi olduq. Bu, daha münasib variantdı. Hər halda, Premyer Liqa təmsilçisidi və bura təlim-məşq toplanışına gələcək. - Qış transfer dövründə gəlişlə yanaşı, gediş də mümkündü. Ehtiyat oyunçular skamyanız uzun olsa belə, ayrılması gözlənilən futbolçu və ya futbolçular ola bilərmi? - Gəliş də ola bilər, gediş də. Bu, normal prosesdi. Nəinki biz, bütün klublar da bundan istifadə edir. Sadəcə, rəsmi heç nə olmadığından konkret danışmayım. - Bəs, yeni transfer yönündə konkret işlər necə gedir? - Axtarırıq. Konkret ad olmadığından, bir şey deyə bilmərəm. Namizədlərimiz var, onları bir az analiz, götür-qoy edirik. Bizə uyğun olacaqsa, müqavilə bağlayacağıq. Yox, axtarışlarımızı davam edəcəyik. - Əvvəl nəzərdə tutulduğu kimi müdafiə və hücum xəttinə? - Ümumi mövqelər var ki, onlara baxırıq. - Bəs, yerli transfer bazarından faydalanmaq nə dərəcədə realdı? - İstədiyimiz, bəyəndiyimiz futbolçu olacaqsa, yerli bazardan da heç kəs qaçmır. Bunun üzərində dayana bilərik. Ola bilər ki, hansısa klubda az oynayan gənc futbolçunu sıralarımıza qataq. Sadəcə, həmin mövqeyə uyğun futbolçu olmalıdı ki, onun üzərində dayanaq. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC