"Kəpəz"in rəsmi saytı fəaliyyətə başladı - FİF vasitəçi oldu

"Kəpəz" klubunun rəsmi saytı nəhayət, fəaliyyətə başlayıb. Presssport.az xəbər verir ki, Gəncə təmsilçisi il yarımdı Premyer Liqaya qayıtsa da, saytıyla bağlı boşluq qalmışdı. Nizami yurdunun təmsilçisi həmin boşluğunun aradan qalxması, veb ünvanı www.kapazpfc.az-ın fəaliyyətə başlamasıyla bağlı "Facebook"dakı rəsmi səhifəsində məlumat yayıb: "Əziz oxucular, dəyərli azarkeşlərimiz və media nümayəndələri! Klubumuzun çoxdan gözlənilən saytı nəhayət ki, fəaliyyətə başlayıb. Siz "Kəpəz" haqqında bütün xəbərləri artıq kapazpfc.az ünvanında oxuya biləcəksiz. Müxtəlif bölmələrə keçid etməklə klubumuza aid xəbərlərlə tanış olmaq mümkün olacaq. kapazpfc.az saytı "WebCoder" məhsuludur. Sayt Futbolun İnkişafı Fondunun (FİF) vasitəçiliyi ilə klubumuzla "WebCoder" şirkəti arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində hazırlanıb. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. Vacib olan bir məlumatı da nəzərinizə çatdıraq ki, saytımız bir müddət test yayımında fəaliyyət göstərəcək. Bu, texniki dəstək və bəzi məlumatların müvafiq bölmələrə yüklənməsinin davam etməsi ilə bağlıdı. Nəzərə almağınızı xahiş edirik. 🌐 kapazpfc.az saytı "Kəpəz" ailəsi üçün xeyirli-uğurlu olsun!".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC