Baxşıyev ikili standartdan narazıdı: "Tettehin epizodu daha yüngül idi, ağır cəzadı"

"Ümidli idik ki, Tettehlə bağlı şikayətimiz təmin olunacaq. Bu, olmadısa, nə demək olar?" Bu fikirləri Presssport.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. AFFA XVII turda "Səbail"lə səfər matçında rəqibinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan “qırmızı-qaralar"ın legioneri Samuel Tettehin cəzasını azaltmayıb. Belə ki, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb. Baxşıyev deyib ki, o epizoda qırmızı vərəqə verməyin özü cəzadı: "Bunu 2 oyunluq dəyərləndirilirsə, artıq nə demək olar? Qərar veriblər, nəsə etiraz da eləsək, heç nə dəyişməyəcək. Məncə, ağır cəzadı. Çempionatda futbolçular olub ki, 2 oyunluq cəza veriblər, sonra bunu dəyişib 1 oyun ediblər. Buna görə ümid edirəm ki, hamıya eyni şamil olunar. Yox, seçirlərsə, deyəcək bir sözüm yoxdu. Amma görünən odur ki, Tettehin epizodu daha yüngül idi. Bəli, kontakt var, sadəcə, yüngül itələmədi. Yıxılan yerdə "Səbail"n oyunçusunu vurub. Samuelə zərbə olmuşdu, o da emosiyalarını saxlaya bilməyərək buna cavab vermişdi". Xatırladaq ki, cəzasının 1 oyununu ikinci dövrənin son turunda "Sabah"la ev matçında başa vuran Samuel qış fasiləsindən sonra ilk turda - "Sumqayıt"la Qəbələdəki görüşü da buraxmalı olacaq və bundan sonra diskvalifikasiyası müddəti bitəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC