Düşüncələrinin arxasınca gedərək "Neftçi"yə keçən: "Azarkeşlərə demək istəyirəm ki, Alfa burdadı"

"Neftçi"nin yeni transferi Alfa Konte klub televiziyasına müsahibə verib. Presssport.az xəbər verir ki, syerra leoneli vinger ilkin təəssüratlarını bölüşərək əvvəlcə "ağ-qaralar"ı seçməsi haqda fikirlərini bölüşüb: "Təəssüratlarım çox yaxşıdı. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq. Burada yaxşı atmosfer var. İlk dəfədir bu şəhərdə oluram. Amma səmimi deyim ki, çox gözəl şəhərdi. "Neftçi" çox yaxşı klubdu. Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budu. Yəni, düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdi və bunu qəbul etməliyəm". Konte "Neftçi"yə keçməmişdən əvvəl bir zamanlar bu komandanın heyətində çıxış etmiş həmyerlisi Julias Vobayla məsləhətləşdiyini söyləyib: "Bəli, Vobayla telefon vasitəsilə əlaqə saxlamışam. O, mənə komanda haqda çoxlu xoş sözlər deyib. Fikirləşirəm ki, Juliusun sözləri buraya gəlmək və bu möhtəşəm kkubla tarix yazmaq üçün məni daha da həvəsləndirdi. Burda əsas məqsədim "Neftçi" ilə tarix yazmaq, azarkeşləri sevindirmək, komanda ilə birlikdə daha böyük uğurlara imza atmaqdı. "Neftçi"nin son 5, 6, 7 ili ilə bağlı məlumatım var. Klub haqda eşitmişəm və onunla tarix yazmaq niyyətindəyəm". Alfa sonda azarkeşlərə səslənib: "Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşlərin sevindirsin. Azarkeşlərə demək istəyirəm ki, Alfa burdadı. Bura tarix yazmağa gəlmişəm. İnanıram ki, biz birlikdə çox sevinəcəyik. Sadəcə, gözləyin".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC