20 matça baxış: "Turan Tovuz" ən çox oynayan, "Qarabağ" ən çox qazanan oldu

Azərbaycan Premyer Liqasında qış fasiləsi bitmək üzrədi. Presssport.az xəbər verir ki, klublarımızdan yarısı hazırlıq məqsədilə ölkə kənarına çıxaraq Türkiyənin Antalya bölgəsinə yollandısa, digər 5-i Azərbaycan daxilində qalmağı üstün tutdu. Təbii ki, təlim-məşq toplanışında yoxlama oyunları əsas yer tutdu. Bunların sayı 20 oldu. Komandaların çoxu 2 matça çıxdı. Bu müddətdə ən çox da, ən azı oyun keçirən də Qərb təmsilçiləri oldu - "Turan Tovuz" 3, "Kəpəz" 1. Ayxan Abbasovun komandası Antalyada 1 gündə 2 oyun keçirməyi üstün tutduğuna görə matç sayında hamını qabaqladı. "Kəpəz" də əslində, 2 qarşılaşmaya çıxmalı idi. Sadəcə, I liqa təmsilçisi "İmişli"ylə Gəncədəki keçirilməli olan görüş güclü qar yağdığına görə təxirə salındı. Qış çempionu “Qarabağ” qalib ruhu yoxlama oyunlarında da nümayiş etdirib. Düzdür, Qurban Qurbanovun komandasının bir matçdakı rəqibi klubun əvəzedici komandası olub. Ancaq ağdamlılar həm "dubl"llarını, həm də turnir cədvəlindəki ən yaxın izləyicisi “Zirə”ni də böyük hesabla üstələməklə Premyer Liqanın ən güclü olduqlarını bir daha ortaya qoyub. Yəni, xal prinsipi ilə götürsək, “Qarabağ” burda da turnir cədvəlinin lideridi. "Kəpəz" də xal itirməsə də, 1 oyun keçirdiyini unutmayaq. Üç komanda – “Araz-Naxçıvan”, “Neftçi” və “Turan Tovuz” bütün matçlarında məğlub oldu. "Səbail" isə yoxlama matçlarında qol vurmayan tək komanda oldu. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə III dövrəyə start veriləcək. Premyer Liqa klublarımızın qış fasiləsində yoxlama oyunları “Qarabağ" - 2 oyun, 2 qələbə (topların fərqi 11-2) “Qarabağ-2” -7:2 Qollar: Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, Nəriman Axundzadə (2) Hamidu Keyta (2) "Zirə” - 4:0 Qollar: Leandro Andrade, Riçard Almeyda-pen, Redon Cica, Nəriman Axundzadə “Zirə” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət (topların fərqi 2-5) “Araz-Naxçıvan” - 2:1 Qollar: İlkin Muradov, Salifu Suma “Qarabağ” - 0:4 “Neftçi” - 2 oyun, 2 məğlubiyyət (topların fərqi - 1:6) “Ərzurumspor” (Türkiyə) - 1:3 Qol: Rəhman Hacıyev “Sportvereyn Valdhof” (Almaniya) - 0:3 “Sumqayıt” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət (topların fərqi - 3:4) “Hermanştadt” (Rumıniya) - 0:3 “Soqdiana” (Özbəkistan) - 3:1 Qollar: İsa Suliman, Rövlan Muradov, Kamran Quliyev, 68 “Səbail” - 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət (topların fərqi - 0:1) “Universitatya Kluj” (Rumıniya) - 0:0 "Fakel” (Rusiya) - 0:1 “Araz-Naxçıvan” - 2 oyun, 2 məğlubiyyət (topların fərqi - 1:4) “Zirə” - 1:2 Qol: Orxan Əliyev-pen “Qəbələ” - 0:2 “Turan Tovuz” - 3 oyun, 3 məğlubiyyət (topların fərqi - 2:8) “Voluntari” (Rumıniya) - 0:2 “Şiofok” (Macarıstan) - 0:2 “Nasaf” (Özbəkistan) - 2:4 Qollar: Roderik Miller, İsmayıl Zülfüqarlı “Sabah” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət (topların fərqi - 2:4) “Rapid” (Rumıniya) - 2:1 Qollar: Cesse Sekidika, Anatoli Nuriyev “Vorskla” (Ukrayna) - 0:3 “Kəpəz” - 1 oyun, 1 qələbə “Qəbələ” - 2:1 Qollar: Georgi Papunanişvili, Murad Musayev-öz qapısına “Qəbələ” - 2 oyun, 1 qələbə, 1 məğlubiyyət (topların fərqi - 3:2) “Kəpəz” - 1:2 Qol: Ülvi İsgəndərov, “Araz-Naxçıvan” - 2:0 Qollar: Əyyub Allaş, Samuel Tetteh

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC