Barış Şimşək "Kəpəz"lə Gəncədə görüşdü

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Gəncədə olub. 

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis akademiyada əsas komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb.

Komitə rəhbəri oyun qaydaları ilə bağlı seminar keçib. Hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verib. Müxtəlif matçlardan seçilmiş ayrı-ayrı epizodlar müzakirə edilib. Penalti vəziyyətlərdən və qayda pozuntularına görə göstərilən vərəqələrdən bəhs olunub.

Sonra seminar sual-cavab formasında davam edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC