"Bizə lazım olan 1 xalı qazandıq" - Adil Şükürov

"Kəpəz" Azərbaycan Premyer Liqasının XXVI turunda Tovuz şəhər stadionunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb.

- Azarkeşlərimizə təşəkkür edirəm. Qalib də gələ bilərdik. Üstün olduğumuz anlarda qollar buraxdıq. Amma deyərdim ki, bu gün 1 xal qazandıq. Maraqlı derbi oyunu alındı. Komandama təşəkkür edirəm. Futbolçular əziyyət çəkdilər, sona kimi vuruşdular. Bizə lazım olan 1 xalı qazandıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün də xallar qazanmalıyıq.

- Rəqib baş məşqqçi bildirdi ki, "Kəpəz" bundan sonra oyunlarını Sumqayıtda keçirəcək. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Belə bir şey yoxdur. Bilmirəm bu fikir haradan çıxıb. "Azersun Arena" haqda nəsə desəydilər, inandırıcı olardı. Rəhbərliklə bu barədə danışırıq. Stadion axtarırıq. Hansı bizə uyğun olsa, orada oynayacağıq. Sumqayıt bizim üçün uzaqdır. Futbolçular üçün asan yollar axtarırıq.

- Bu gün Filip Ozobiç "Kəpəz"ə 3 qol vurdu. Müdafiəçiləriniz onun qarşısını ala bilmirdi?

- Heç bir komandaya qarşı xüsusi tapşırıq vermirik. Sadəcə diqqətsizlik oldu ki, Filip Ozobiç bu gün 3 dəfə fərqləndi.

- Siz gələndən sonra "Kəpəz"də məhsuldarlıq artıb. Bunu necə bacardınız?

- Komanda hücum etməyi bacarmalıdır. Amma müdafiədə problemlər var, çox qol buraxırıq. Bunun üzərində də işləməliyik. Xoşbəxtliyi daha çox rəqib qapısında axtarmağa çalışırıq.

- Giorgi Papunaşvili "Sumqayıt"la oyunda əvəzlənərkən etiraz etmişdi. Onun bu gün oynamaması həmin olayla bağlı idi?

- Bununla bağlı deyil. Onu əsas heyətdə düşünmüşdük. Matçdan əvvəl dedi ki, qasıq nahiyyəsində ağrı hiss edir. Bu gün onu qorumaq istədik. Bütün futbolçularımıza inanırıq. 

- Adama Niane nə vaxta qədər əvəzedici heyətdə qalacaq?

- Onun əsas komandadan göndərilməsi daxili nizam-intizamla bağlı idi. Hələ ki, orada qalacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC