"Araz-Naxçıvan" Tovuzda 3 itkiylə çıxacaq

Premyer Liqanın XXVI turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

Sportal.az xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Muhammed Kadiri iştirak etməyib.

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu martın 10-da saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək. Görüş “CBC Sport”la canlı yayımlanacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC