Bağırov gənc futbolçularının Premyer Liqaya icarəyə verilməməsi haqda: "Difai"nin gördüyü işlər bizim üçün təqdirəlayiqdi"

"Az oynayan futbolçularımız Premyer Liqada çıxış etsələr, yaxşıdı. Buna heç bir etirazımız yoxdu. Amma hansı komandaya getsinlər? Gənc futbolçulardı, Premyer Liqada kim götürüb onları oynadar? Bizim kimi deyillər, oyunçu sayları çoxdu. Bizdə gənc futbolçular çoxdu, sadəcə, onları düşünürük ki, oyun keçirmələri yaxşıdı. Əvəzedicilərdən fərqli I Liqada rəqabət tam başqa cürdü. O üzdən həmin liqada oynasalar, daha yaxşı olar". Bu fikirləri Presssport.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. Naxçıvan klubu artıq 2 gənc futbolçusunu icarəyə verib. Belə ki, müdafiəçi Nihad Qurbanlı I Liqanın iddialılarından olan MOİK-ə keçirsə, yarımmüdafiəçi Bayraməli Qurbanov autsayder "Difai"də çıxış edəcək. Bağırovun fikrincə, bu, Bayraməlidə geriyə doğru addım olmayacaq: "O, I Liqadan bizimlədi, əslən Zaqataladandı. Deməzdim ki, "Difai"nin iddiası azdı. Sadəcə, Bayraməlinin oyununa, özünün də komandaya uyğun olması amili var. Həm də "Difai"nin baş məşqçisini də tanıyırıq - Elgiz Kərəmlini. Əlbəttə, bu da vacib amildi. Məşqçi prosesinin keçirilməsi və digər şeylərin hamısı bizim üçün önəmlidi. Həm də "Difai"nin gördüyü işlər bizim üçün təqdirəlayiqdi. Nihadın çıxış etdiyi mərkəz müdafiəçisi mövqeyində də bizdə rəqabət mövcuddu. Orda hələ Zamiq Əliyev də var. Bu gənc futbolçu cari mövsümün ilk yarısında bir neçə matçda oynadı. O, bugünkü gündə yerli futbolçu olaraq bizim üçün heyətin oyunçusu kimidi". Naxçıvan klubunda daim oynamayan legionerlər də var. Baş məşqçinin sözlərinə görə, onlarla qış fasiləsində gedişlə bağlı heç bir şey danışılmayıb: "Hələ ki bizimlədirlər. Görək, bəlkə yaxşı təklifləri olsa, biz də qəbul edərik. Ancaq hələ ki bir yerdəyik". Xatırladaq ki, "Araz-Naxçıvan" qış fasiləsinə 6-cı pillədə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC