"Qarabağ" milli üzvünün LKS-ə keçəcəyini təsdiqlədi - istista hal olub

"Qarabağ" futbolçusu Rahil Məmmədovun Polşanın LKS (Lodz) klubuna keçəcəyini təsdiqləyib. Bu haqda Presssport.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, 29 yaşlı mərkəz müdafiəçisinə belə bir təklifin gəldiyini və futbolçunun həmin kluba keçmək ərəfəsində olduğunu söyləyib: "Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə getməklə bağlı icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Prosesin uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi". Xatırladaq ki, Məmmədovun 2018-ci ildən çıxış etdiyi "Qarabağ"la müqaviləsi bu yay bitir. Onun yeni klubu Polşa yüksək liqasında sonuncu pillədə gedir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC