"Qarabağ" bu gün Kölnə uçur - Qurban Qurbanovun mətbuat konfransının başlanma saatı da bəllidi

"Qarabağ"ın Avropa Liqasında "Bayer"lə Leverkuzendə keçiriləcək cavab oyunu üçün bu gün səfərə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Presssport.az-a verdiyi məlumata görə, 18:15-də çarter reysi ilə Kölnə uçacaqlar, ordan isə avtobusla Leverkuzenə yollanacaqlae

Sabah yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə saat 20:00-da) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirəcək, bundan 30 dəqiqə sonra isə komandanı "Bay Arena"da oyunöncəsi məşqə çıxaracaq. 

Xatırladaq ki, “Bayer" - "Qarabağ" oyunu martın 14-də Bakı vaxtı ilə 00:00-da keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC