II Liqa klubu 10 futbolçuyla vidalaşdı

II Liqa təmsilçisi "Lerik" 10 futbolçusu ilə yollarını ayırıb. Presssport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə ki, cənublular Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Onu da bildirək ki, "Lerik" qış fasiləsinə 14 turdan 12 xalla 11-ci pillədə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC